Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib

Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib Bakı. 10 noyabr. REPORT.AZ/ Tunisin Esperans klubu tarixində üçüncü dəfə Afrika Çempionlar Liqasının qalibi olub.
Futbol
10 Noyabr , 2018 11:20
Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib

Bakı. 10 noyabr. REPORT.AZ/ Tunisin "Esperans" klubu tarixində üçüncü dəfə Afrika Çempionlar Liqasının qalibi olub.

"Report"un məlumatına görə, "sarı-qırmızılar" finalın cavab görüşündə Misirin "Əl-Əhli" komandasını 3:0 hesabı ilə yenib. İlk qarşılaşmada "Əl-Əhli" 1:0 hesabı ilə qalib gəlsə də, iki oyunun yekununda "Esperans" üstün olaraq, bu turnirdə ölkəsinin ən titullu klubuna çevrilib. Bunadək Tunis təmsilçisi 1994 və 2011-ci illərdə də nüfuzlu kuboku qazanıb.

Qeyd edək ki, indiyədək Afrika Millətlər Kubokuna hamıdan çox - 8 dəfə "Əl-Əhli" yiyələnib. 

Son xəbərlər

Orphus sistemi