AFFA yeni layihəyə başladı

AFFA yeni layihəyə başladı AFFA-nın rəsmi tərəfdaşı PAŞA Sığorta şirkətinin dəstəyi ilə "Gücümüzü dəyərlərimizdən alırıq" adlı yeni layihə həyata keçirilir.
Futbol
4 Sentyabr , 2020 14:18
AFFA yeni layihəyə başladı

AFFA-nın rəsmi tərəfdaşı PAŞA Sığorta şirkətinin dəstəyi ilə "Gücümüzü dəyərlərimizdən alırıq" adlı yeni layihə həyata keçirilir.

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, layihənin əsas məqsədi milli komandanın oyunlarının təbliği ilə yanaşı, xalqın sahib olduğu maddi və mənəvi zənginliyi futbol izləyicilərinə tanıtmaqdır. 

Həmçinin UEFA Millətlər Liqasında yığmanın futbolçularına dəstək vermək, onların həyəcanını paylaşmaq və keçmişdən bu günə qədər davam edən tarixin, milli-mənəvi dəyərlərin dünyaya tanıdılmasında rol oynamaq əsas məqsədlərdən biridir.

İllüstrasiyalar Ləman Yusifli tərəfindən hazırlanıb.

Son xəbərlər

Orphus sistemi