Bakı. 25 dekabr. REPORT.AZ/ AFFA və UNICEF-in birgə əməkdaşlığı çərçivəsində futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb.
"Report" xəbər verir ki, kitabçaların nəşrində əsas məqsəd futbolçulara gənc yaşlarından fair-play prinsiplərinin aşılanması, futbolda uşaq-yeniyetmə və gənclər üçün təhlükəsiz ətraf mühitin yaradılmasında məşqçilərə köməklik göstərilməsidir.
Uşaq və gənclər üzrə daxili liqalarda iştirak edən komandaların və milli komandaların məşqçilərinə paylanmış kitabçaların elektron versiyası ilə affa.az-da tanış olmaq mümkündür.