AFFA iki klubun şikayətini təmin etdi

AFFA iki klubun şikayətini təmin etdi AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Futbol
11 Dekabr , 2020 15:42
AFFA iki klubun şikayətini təmin etdi

AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda 3 klubun şikayətinə baxılıb və müvafi qərarlar verilib.

“Keşlə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə Premyer Liqanın XI turunda “Sabah”la ev matçında "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması və klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Kəpəz" komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.

I Divizionun VII turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində "Neftçi-2"nin futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.

İntizam Komitəsinin eyni tarixli qərarı ilə VII turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi