AFFA Türkiyənin məşhur geyim brendi ilə sponsorluq müqaviləsi imzaladı
Futbol
- 15 iyun, 2021
- 11:23
AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsi imzalanıb.
"Report"un məlumatına görə, milli assosiasiyanın inzibati binasında təşkil olunmuş imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər.
Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan millisinə uğurlar arzulayıb.
2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan yığmasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaq.
Son xəbərlər
21:32
TƏBİB: 14 yaşlı ana və körpəsinin vəziyyəti kafidir - YENİLƏNİB-2
Hadisə21:21
Foto
Leyla Əliyeva Səhiyyə Nazirliyi 5 saylı Uşaq Vərəm Sanatoriyasını ziyarət edib
Daxili siyasət21:18
Foto
İrlandiya parlamentinin spikeri ilə Azərbaycanın sülh gündəmi müzakirə olunub
Xarici siyasət21:17
Bakının iki rayonunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika21:11
Foto
Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib
Fərdi21:09
Gürcüstanda ictimai yerlərdə aksiya qadağaları sərtləşdirilib
Region21:08
Foto
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərə son söz verilib
Daxili siyasət20:58
Ukrayna Prezidenti: ABŞ Donbasda demilitarizasiya zonası yaratmağı təklif edir
Digər ölkələr20:57