AFFA tərəfdaşına xüsusi mükafat təqdim etdi

AFFA tərəfdaşına xüsusi mükafat təqdim etdi AFFA-nın rəsmi tərəfdaşı "PAŞA Sığorta"ya 10 ildən artıq əməkdaşlığa görə xüsusi mükafat təqdim edilib.
Futbol
29 Yanvar , 2021 17:04
AFFA tərəfdaşına xüsusi mükafat təqdim etdi

AFFA-nın rəsmi tərəfdaşı "PAŞA Sığorta"ya 10 ildən artıq əməkdaşlığa görə xüsusi mükafat təqdim edilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlki illərdə qurumun Konfransında təqdim olunan mükafat budəfəki iclas onlayn formatda təşkil olunduğu üçün bir gün öncə verilib.

AFFA-nın Konfransında mükafatın təqdim olunması ilə bağlı iştirakçılara məlumat verilib. Assosiasiyanın inzibati binasında keçirilən görüş zamanı AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov tərəfdaşlara Azərbaycan futboluna davamlı dəstəklərinə görə təşəkkür edib.

O qeyd edib ki, tərəfdaşlıq çərçivəsində həyata keçirilən istər kütləvi futbol, istərsə də rəqəmsal layihələr böyük maraqla qarşılanır. 2019-cu ildə ölkə üzrə keçirilmiş araşdırmada AFFA-nın "PAŞA Sığorta" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Məhəllə futbolu” layihəsi respondentlərin ən yüksək faizinin (42 %) məlumatlı olduğu kütləvi futbol layihəsi olub (Nielsen 2019).

Mükafatı "PAŞA Sığorta" şirkəti adından qəbul edən İdarə Heyəti sədrinin müavini Tural Əliyev AFFA ilə tərəfdaşlıq çərçivəsində fəaliyyətdən razı olduqlarını bildirib: “Artıq 10 ildir davam edən bu əməkdaşlığımızı nəzərə alaraq bildirmək istərdim ki, PAŞA Sığorta şirkəti olaraq bizim üçün Azərbaycanda futbolun inkişafına dəstək hər zaman diqqət mərkəzində olmuşdur və bu istiqamətdə AFFA ilə olan əməkdaşlığımız xüsusi önəm kəsb edir”- deyə o, öz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, "PAŞA Sığorta" 2011-ci ildən AFFA-nın rəsmi tərəfdaşıdır.

Son xəbərlər

Orphus sistemi