"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələnib

"Qarabağ" tibbi xidmətə, "Sumqayıt" isə protexniki vasitələrə görə cərimələnib AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Futbol
13 Noyabr , 2019 13:48
Qarabağ tibbi xidmətə, Sumqayıt isə  protexniki vasitələrə görə cərimələnib

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report"un məlumatına görə, “Neftçi”nin 4 futbolçusu "Keşlə"yə uduzduqları (1:2) matçda sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Qurum "Səbail"in oyunçusu Əli Sadıxova bir oyunluq cəza, klubuna isə 200 manat cərimə kəsib. Buna səbəb onun "Qəbələ"yə məğlub olduqları (0:3) görüşdə birbaşa qırmızı vərəqə almasıdır.

"Sabah"ın 4 oyunçusu "Sumqayıt"a uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb və klubu 800 manat ziyana salıb. Qarşılaşmanın 59-cu dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib.

"Zirə"nin isə 5 oyunçusu "Qarabağ"la oyunda sarı vərəqə alıb və qəsəbə təmsilçisi bunun üçün 800 manat ödəməli olacaq. Tibbi xidmət oyun öncəsi iclasda iştirak etmədiyinə görə Ağdam klubu 400 manat ödəyəcək.

Son xəbərlər

Orphus sistemi