AFFA "Səbail"i matça gecikdiyi üçün cərimələdi

AFFA "Səbail"i matça gecikdiyi üçün cərimələdi "Kəpəz" klubu da eyni məbləğdə cərimə ödəyəcək
Futbol
4 Fevral , 2021 16:23
AFFA Səbaili matça gecikdiyi üçün cərimələdi

AFFA İntizam Komitəsi (İK) "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

"Report" xəbər verir ki, buna paytaxt təmsilçisinin "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldiyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçına gecikməsi səbəb olub.

"Kəpəz" klubu da eyni məbləğdə cərimə ödəyəcək. Gəncə təmsilçisinin 4 futbolçusu "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları 1/4 finalın ilk görüşündə sarı vərəqə ilə cəzalandırlıb.

Son xəbərlər

Orphus sistemi