AFFA "Sabah" klubuna internetə görə xəbərdarlıq edib

AFFA "Sabah" klubuna internetə görə xəbərdarlıq edib AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Futbol
15 Aprel , 2022 14:05
AFFA Sabah klubuna internetə görə xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Sabah" klubuna xəbərdarlıq edib.

"Report"un məlumatına görə, buna paytaxt təmsilçisinin evdə "Zirə"yə qarşı keçirdiyi Premyer Liqanın XXII tur matçında hakimlər otağının internetlə təmin edilməməsi səbəb olub.

Bundan başqa, həmin qarşılaşmada meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Qeyd edək ki, "Sabah" - "Zirə" matçı Murad Musayevin baş məşqçi olduğu kollektivin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi