Bakı. 27 dekabr. REPORT.AZ/ FİFA "Rəvan" klubunun cəzalandırılması ilə bağlı AFFA-ya məktub ünvanlayıb.
"Report"un məlumatına görə, ali futbol qurumunun cəza tətbiq etməsinə səbəb klubun futbolçu Julio Sezar Mendes Moreira ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməməsidir.
Bu səbəbdən AFFA-nın Nizam-İntizam Komitəsi klubun hesabından 6 xal silib.
Nəticədə hazırda Azərbaycan I Divizionunda çıxış edən "Rəvan"ın aktivində 3 xal qalıb.