AFFA rəsmisi UEFA-dan təyinat alıb
Futbol
- 17 iyul, 2023
- 13:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Milli assosiasiyadan “Report”a verilən məlumata görə, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.
E.Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.
Son xəbərlər
19:58
Dövlət Komitəsi: Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsi sülh istiqamətindəki səylərə qarşı təxribatdır
Din
19:55
PSJ "Borussiya"nın qapıçısı Qreqor Kobeli heyətinə qatmaq istəyir
Futbol
19:47
Ərdoğan və Paşinyan iki ölkə arasında münasibətlərin nizamlanmasını irəlilətmək niyyətindədirlər - Yenilənib
Region
19:41
Foto
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
Xarici siyasət
19:28
Ukrayna Omskdakı neft emalı zavoduna PUA-larla zərbə endirib
Region
19:08
QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır
Din
19:06
Foto
Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi
Daxili siyasət
19:02
Əbu-Dabidə görüşdən sonra Mertsin Putinlə danışıqları keçirilə bilər
Digər ölkələr
18:59
Foto
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün anti-dopinq seminarı keçirib
Fərdi