AFFA rəsmisi Azərbaycan klubunun avrokubok oyununa təyinat alıb

AFFA rəsmisi Azərbaycan klubunun avrokubok oyununa təyinat alıb AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Futbol
22 Sentyabr , 2021 11:16
AFFA rəsmisi Azərbaycan klubunun avrokubok oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, avstriyalı mütəxəssis Gənclər Liqasının I təsnifat mərhələsində “Qəbələ” və Niderlandın AZ komandaları arasında keçiriləcək ilk oyunda hakim-inspektor olacaq. Görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi