AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Futbol
8 İyul , 2024 11:47
AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, iyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi