AFFA rəsmisi "Atalanta"nın oyununa təyinat alıb

Futbol
  • 21 fevral, 2022
  • 08:25
AFFA rəsmisi Atalantanın oyununa təyinat alıb
Frits Ştuxlik

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, avstriyalı funksioner Yunanıstanın "Olimpiakos" və İtaliyanın "Atalanta" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, görüş fevralın 24-də gerçəkləşəcək.