Bakı. 3 aprel. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb. "Report"un məlumatına görə, o, tədbirin direktoru (UEFA Venue Director) qismində Qazaxıstanın Astana şəhərində yerləşən “Astana Arena”nı yoxlayacaq.
Yoxlama prosesi avqustun 9-dan 12-dək davam edəcək. E.Məmmədov stadionun UEFA yarışlarının 2015-2016-cı il mövsümünə hazırlıq səviyyəsini yoxlayacaq.