AFFA rəsmiləri Naxçıvana səfər edib

AFFA rəsmiləri Naxçıvana səfər edib Kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar
Futbol
104
4 May , 2021 14:14
AFFA rəsmiləri Naxçıvana səfər edib

AFFA rəsmiləri Naxçıvana səfərə yollanıblar.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşmiş səfərdə baş katibin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov iştirak edib.

AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Federasiya rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Son xəbərlər

Orphus sistemi