AFFA rəhbərliyi qanvermə aksiyasında iştirak etdi

AFFA rəhbərliyi qanvermə aksiyasında iştirak etdi AFFA-nın təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Futbol
21 May , 2020 15:31
AFFA rəhbərliyi qanvermə aksiyasında iştirak etdi

AFFA-nın təşəbbüsü və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

"Report"un məlumatına görə, AFFA-nın Futbol akademiyasında təşkil olunmuş aksiyada AFFA, Peşəkar Futbol Liqası, Premyer Liqa klubları və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.

"Biz birlikdə güclüyük" devizi altında keçirilən qanvermə aksiyasının təşkilində əsas məqsəd koronavirus pandemiyası dövründə talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi və cəmiyyətin diqqətinin onlara yönəldilməsidir. 

Son xəbərlər

Orphus sistemi