AFFA Region Liqasının qalibi müəyyənləşib
Futbol
- 24 may, 2024
- 14:41
AFFA Region Liqasının qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan həlledici matçda “Şimal” və “Hypers” komandaları üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələndiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab bərabər olduğu üçün çempion komandanın adına penaltilər seriyasında aydınlıq gəlib. Onbirmetrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Şimal” kollektivi 2023/2024 mövsümündə Region Liqasının qalibi adını qazanıb.
Bu nəticənin ardından qalib komanda yeni mövsümdən etibarən Azərbaycan II Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan “Hypers” futbolçuları isə II Liqanı 13-cü sırada tamamlayan “Şəfa” ilə pley-off matçına çıxacaq.
Son xəbərlər
06:32
ABŞ-nin patrul təyyarəsi SEPAH-ın təlim keçirdiyi rayon üzərində kəşfiyyat aparıb
Digər ölkələr06:07
Nyu-Yorkun şimalında kilsədə partlayış olub, azı beş nəfər yaralanıb
Digər ölkələr05:40
Vaşinqtonun sorğusu əsasında İsveçdə Rusiya vətəndaşı saxlanılıb
Digər ölkələr05:13
Koloradoda yol qəzasında dörd nəfər ölüb, 29 nəfər yaralanıb
Digər ölkələr04:42
Fransada daşqın nəticəsində 100 min hektardan çox ərazi su altında qalıb
Digər ölkələr04:04
"USS Gerald R. Ford" ABŞ-nin Avropa Komandanlığının məsuliyyət zonasına daxil olub
Digər ölkələr03:38
"Politico": Avropalıların yarısından çoxu demokratiyadan narazıdır
Digər ölkələr03:08
BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub
Xarici siyasət02:34