AFFA "Qarabağ", "Neftçi" və "İnter"i cərimələyib

AFFA "Qarabağ", "Neftçi" və "İnter"i cərimələyib Tərlan Quliyev isə bir oyunluq cəzalanıb
Futbol
1908
29 Avqust , 2017 12:48
AFFA Qarabağ, Neftçi və İnteri cərimələyib

Bakı. 29 avqust. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının III turunda baş vermiş hüquq pozuntuları ilə bağlı qərarlar çıxarılıb. "Report"un məlumatına görə, toplantıda 3 kluba cərimə kəsilib. 

"Qarabağ" klubu "Qəbələ" ilə görüşün 69-cu dəqiqəsində azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 1600 manat ziyana düşüb. 

"Kəpəz"lə görüşdə 4 futbolçusunun sarı vərəqə alması “Neftçi”yə 800 manat cərimə bahasına başa gəlib. 

“Səbail”lə görüşün 63-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılan “İnter”in müdafiəçisi Tərlan Quliyev 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi