Bakı. 15 dekabr. REPORT.AZ/ UEFA baş katibinin müavini Teodor Teodoridis Bakıya bir günlük səfərə gəlib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmisi bu gün federasiya prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.
