AFFA prezidenti ilə UEFA-nın baş katibi arasında görüş olub

AFFA prezidenti ilə UEFA-nın baş katibi arasında görüş olub Görüşdə 2020-ci il Avropa çempionatının Bakıda təşkil olunacaq oyunlarına hazırlıq müzakirə olunub
Futbol
8 İyun , 2017 16:53
AFFA prezidenti ilə UEFA-nın baş katibi arasında görüş olub

Bakı. 8 iyun. REPORT.AZ/ UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda birgünlük işgüzar səfərdədir. 

"Report" xəbər verir ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə 2020-ci il Avropa çempionatının Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi