AFFA Premyer Liqanın 5 klubunu cəzalandırıb

AFFA Premyer Liqanın 5 klubunu cəzalandırıb "Qarabağ" klubu azarkeşlərinin hərəkəti üzündən cərimələnib
Futbol
1 Dekabr , 2015 13:15
AFFA Premyer Liqanın 5 klubunu cəzalandırıb

Bakı. 1 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasında XIV turun 3 oyununda baş vermiş hüquq pozuntularına baxılıb.

“Zirə” – “Xəzər Lənkəran” matçının 56-cı dəqiqəsində qonaq komandanın futbolçusu Elşən Rzazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Nelson Bonilya eyni səbəbdən qırmızı vərəqə aldığı üçün özü və klubu analoji cəzaya məruz qalıb. 

“Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, qonaqlar isə azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyindən, hərəyə 1000 manat cərimə ödəməli olacaq. “Rəvan” isə eyni məbləğdə cəriməni “Qəbələ” ilə matçda 5 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəbindən ödəyəcək. 

Son xəbərlər

Orphus sistemi