AFFA Premyer Liqada çıxış edən dörd klubu cərimələyib
Futbol
- 30 oktyabr, 2024
- 08:37
AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən dörd klubu cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə ziyana düşüb. Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya bir oyunluq cəza tətbiq edilib.
"Səbail" və "Sumqayıt" klubları da 700 manat cərimələniblər. "Gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər iki komandanın dörd futbolçusu sarı vərəqə ilə cəzalandırılıb.
Son xəbərlər
04:34
Serbiya XİN vətəndaşlarını İranı tərk etməyə çağırıb
Digər ölkələr04:20
Tramp bütün ölkələrdən idxala 10 % rüsum tətbiq olunması barədə fərman imzalayıb
Digər ölkələr03:51
"Axios": Pentaqon kütləvi istehsal üçün kamikadze dronlarının sınaqlarına başlayıb
Digər ölkələr03:13
KİV: Rusiyada "İsgəndər" raketinin istehsal edildiyi zavoda PUA hücumu olub
Digər ölkələr02:42
ABŞ Serbiyanın NIS şirkətinin lisenziyasının müddətini martın 20-nə kimi uzadıb
Digər ölkələr02:14
KİV: İsrailin hücumlarında "Hizbullah"ın azı 12 üzvü öldürülüb
Digər ölkələr01:45
Qızıl yenidən bahalaşır
Maliyyə01:27
Almaniyada təxminən 30 min iş yerinin ixtisarı gözlənilir
Digər ölkələr00:56