AFFA-nın növbəti Hesabat Konfransının proqramı bəlli olub

AFFA-nın növbəti Hesabat Konfransının proqramı bəlli olub Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək
Futbol
2 Fevral , 2022 09:01
AFFA-nın növbəti Hesabat Konfransının proqramı bəlli olub

Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək.

"Report"un məlumatına görə, “Baku Marriott Hotel Boulevard” hotelindəki toplantı saat 10:00-da başlayacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası olacaq.

Konfransın proqramı belədir:

1. AFFA-nın prezidenti Rövnəq Abdullayevin salamlama çıxışı

2. Hüquqi prosedurların icrası

3. Hesabat videoçarxının nümayişi

4. İcraçı vitse-prezident Elxan Məmmədovun hesabat çıxışı

5. Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadovun çıxışı

6. Müstəqil auditor Elnur Kazımovun çıxışı

7. "AVRO-2020"-nin irsi" mövzusunda çıxış - Kamran Vəliyev

8. "Futbolun İnkişafı Fondu" ilə bağlı təqdimat - Tural Piriyev

9. VAR sistemi ilə bağlı təqdimat - AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik

10. UEFA nümayəndəsi Jozef Klimentin çıxışı

11. FIFA nümayəndəsi Nodar Axalkatsinin çıxışı

12. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin çıxışı

13. Könüllülərə sertifikatların təqdim olunması

14. AFFA-nın prezidenti Rövnəq Abdullayevin yekun çıxışı

Son xəbərlər

Orphus sistemi