AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək Fevralın 2-də, “Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Futbol
24 Yanvar , 2022 13:04
AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı bəlli olub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı fevralın 2-də “Baku Marriott Hotel Boulevard” hotelində gerçəkləşəcək.

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.

Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi;

- Konfransın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

- Maliyyə hesabatlarının təsdiq olunması;

- Müstəqil auditorun hesabatını nəzərə almaq;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Konfransa giriş dəvətnamə ilə olacaq.

Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.

Son xəbərlər

Orphus sistemi