AFFA-nın Lisenziyalaşdırma qrupu UEFA-nın seminarında iştirak edəcək

AFFA-nın Lisenziyalaşdırma qrupu UEFA-nın seminarında iştirak edəcək Bakı. 20 fevral. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma qrupunun nümayəndələri fevralın 21-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” mövzusuna həsr olunmuş regional seminarında iştirak edəcək.
Futbol
20 Fevral , 2019 12:06
AFFA-nın Lisenziyalaşdırma qrupu UEFA-nın seminarında iştirak edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ AFFA-nın Lisenziyalaşdırma qrupunun nümayəndələri fevralın 21-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” mövzusuna həsr olunmuş regional seminarında iştirak edəcək.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək toplantıda Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, eləcə də qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcəklər.

Seminarın əsas mövzusu UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” qaydalarının (buraxılış 2018) tətbiqi və Maliyyə “Fair Play” qaydaları üzrə İT Solutions proqramı üzrə treninqlərin keçirilməsindən ibarət olacaq. Tədbirdə həmçinin klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər barədə müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi