AFFA-nın baş katibi Tovuz və Gəncədə olub
Futbol
- 27 may, 2022
- 06:06
AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasında səfərdə olub.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Hacıyev “Turan Tovuz” Futbol Akademiyasına baş çəkərək, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.
O, həmçinin AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalına qatılıb.
Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.
Tədbirdə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
Son xəbərlər
02:22
İsrail ordusu Livanda 10 günlük atəşkəsin başladığını təsdiqləyib
Digər ölkələr01:44
İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Digər ölkələr01:09
UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib
Futbol00:58
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Futbol00:57
İsrail-Livan danışıqlarında irəliləyiş olsa, atəşkəs uzadıla bilər
Digər ölkələr00:33
Fidan Antalyada Pakistanın Baş naziri ilə görüşüb
Region00:20
Niderland Ukraynaya "Alkmaar" sinfinə aid mina axtaran gəmi verəcək
Digər ölkələr00:11
Foto
Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb
Hərbi00:08