AFFA-nın baş katibi Tovuz və Gəncədə olub
Futbol
- 27 may, 2022
- 06:06
AFFA-nın baş katibi Sərxan Hacıyev Qərb zonasında səfərdə olub.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Hacıyev “Turan Tovuz” Futbol Akademiyasına baş çəkərək, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.
O, həmçinin AFFA-nın təsis olunmasının 30 illik yubileyi münasibətilə Gəncədə futbol festivalına qatılıb.
Gəncə şəhər stadionunda keçirilən festivalda 11-12 yaşlı uşaqların iştirakı ilə mini futbol turniri təşkil olunub. Turnirdə iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib.
Tədbirdə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin nümayəndələri iştirak edib.
Son xəbərlər
17:36
Vuçiç: Dunay dəhlizi layihəsi Serbiyanın iqtisadi standartları baxımından həyati əhəmiyyət daşıyır
Digər ölkələr17:35
Foto
Azərbaycan cüdoçuları Polşadakı turnirdə 7 medal qazanıblar
Fərdi17:28
Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub
Futbol17:26
"Barselona" Qabriel Jesusun transferi üçün "Arsenal"la danışıqlara başlayıb
Futbol17:11
Peskov: Putin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə görüşməyib
Region16:57
Video
Şimali Kiprdə gəminin batması nəticəsində 7 nəfər ölüb, 237 insan xilas edilib - YENİLƏNİB-3
Region16:55
İliman Ndiaye "Tottenhem"ə keçməyə razılaşıb
Futbol16:46
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi16:31