AFFA nəzdində yeni komitə yaradılacaq

AFFA nəzdində yeni komitə yaradılacaq Məşqçilər Komitəsi ilə bağlı baş katibliyə müəyyən tapşırıqlar verilib
Futbol
14 Noyabr , 2014 16:01
AFFA nəzdində yeni komitə yaradılacaq

Bakı. 14 noyabr. REPORT.AZ/ AFFA-nın nəzdində daim fəaliyyət göstərən Məşqçilər Komitəsi yaradılacaq. "Report"un məlumatına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə baş katibliyə tapşırıqlar verilib. 

Baş katiblik Məşqçilər Komitəsinin Əsasnaməsini hazırlamalı, iş prinsipini müəyyənləşdirməli, komitə üzvlüyünə namizədlərin siyahısını hazırlamalı, namizədlərin iştirakı ilə operativ fəaliyyətə başlamalıdır. 

Qeyd edək ki, Məşqçilər Komitəsinin təsdiqlənməsi İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınacaq. 

Son xəbərlər

Orphus sistemi