AFFA "Neftçi"nin futbolçusunu cəzalandırdı və 4 klubu cərimələdi

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırdı və 4 klubu cərimələdi AFFA İntizam Komitəsi Neftçinin futbolçusu Voislav Stankoviçi bir oyunluq cəzalandırıb.
Futbol
4 Fevral , 2020 13:09
AFFA Neftçinin futbolçusunu cəzalandırdı və 4 klubu cərimələdi

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Voislav Stankoviçi bir oyunluq cəzalandırıb. 

"Report" xəbər verir ki, buna 33 yaşlı müdafiəçinin Premyer Liqanın XV turunda "Sumqayıt"la 1:1 bərabərə qaldıqları matçda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Klub isə 200 manat məbləğində cərimələnib. 

"Sumqayıt" da cəzasız qalmayıb. Azarkeşlərinin pirotexniki vasitələrdən istifada etməsi üzündən "gənclik şəhəri" təmsilçisi 800 manat ödəməli olacaq. 

Komitə "Qarabağ" və "Keşlə"ni də eyni məbləğdə cərimələyib. Ağdam təmsilçisinin 4 futbolçusu səfərdə "Səbail"i 1:0, paytaxt komandasının 5 futbolçusu isə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri qarşılaşmalarda sarı vərəqə alıb.  

Son xəbərlər

Orphus sistemi