AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək
Futbol
- 22 noyabr, 2024
- 10:42
AFFA Məşqçilər Komitəsinin üzvləri milli komandaların baş məşqçiləri ilə görüşəcək.
Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.
Təcrübəli mütəxəssis planlarla bağlı danışıb:
“Məşqçilər Komitəsi AFFA-nın bütün layihələrinin müzakirəsində iştirak edir. Düzdür, son vaxtlar durğunluq müşahidə olunur. Fikrimcə, hamı yeni strategiyaya köklənib. Buna baxmayaraq, Məşqçilər Komitəsi fəaliyyətini davam etdirir. Məşqçilərlə görüşürük, hesabat hazırlayıb rəhbərliyə təqdim edirik. Növbəti həftə U-17-nin baş məşqçisi İlham Yadullayev və U-19-u çalışdıran Elxan Abdullayevlə görüşəcəyik”.
Qeyd edək ki, Azərbaycanın U-17 və U-19 yığmaları Avropa çempionatının seçmə mərhələsində yer aldıqları qruplarda cəmi 1 xal toplayıblar.
Son xəbərlər
10:13
Azərbaycan "Amazon Web Services"lə "bulud" infrastrukturunun inkişafını müzakirə edib
İKT10:11
İlham Əliyevin Slovakiyaya səfəri Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir - RƏY
Xarici siyasət10:02
Anar Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Sosial müdafiə09:50
Foto
Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə "Bridge" media və məzmun sənayesi sammitində iştirak edir
Media09:49
Azərbaycan millisinin 6 boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib
Fərdi09:48
Nazir müavini Doha Forumunda Azərbaycanın yaşıl enerjiyə keçid siyasətindən danışıb
Xarici siyasət09:37
Azərbaycan neftinin qiyməti 66 dollara düşüb
Energetika09:33
Pakistanda silahlı hücum nəticəsində 6 hərbçi ölüb
Digər ölkələr09:31