AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı

AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salınıb.
Futbol
12 İyun , 2020 10:55
AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı

 AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə  salınıb. 

Bu barədə "Report"a Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. 

O bildirib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidir: "Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".

Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib. 

Son xəbərlər

Orphus sistemi