​AFFA klubları cərimələyib

​AFFA klubları cərimələyib “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə komanda 2000 manat cərimə edilib
Futbol
2 Dekabr , 2014 15:19
​AFFA klubları cərimələyib

Bakı. 2 dekabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Report” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi” - “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komanda 1000 manat cərimə olunub. “Simurq” – “Qarabağ” matçının 60-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə komanda 2000 manat cərimə edilib.

İclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIV turunun “Bakı” – “İnter” matçının 90+3-cü dəqiqəsində “İnter” klubunun 45 nömrəli futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 100 manat cərimə olunub.

Eləcə də “Simurq” - “Qarabağ” matçının 81-ci dəqiqəsində “Qarabağ” klubunun əvəzedici heyətinin 16 nömrəli futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, komanda 100 manat cərimə edilib.

“Neftçi” – “Qəbələ” matçının 77-ci dəqiqəsində “Qəbələ” klubunun əvəzedici heyətinin 77 nömrəli futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, komanda 2000 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi