AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi Kluba bunun üçün 800 manat cəza kəsilib
Futbol
10 Mart , 2021 15:00
AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsi "Keşlə" klubunun köməkçi məşqçisi Azər Bağırovu bir oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, buna Azərbaycan Premyer Liqasında XIX turun "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçda mütəxəssisin oyunu ləngitdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılması səbəb olub. Kluba isə 800 manat cərimə kəsilib.

Komitə "Qəbələ"nin futbolçusu Rüfət Əhmədova da eyni cəzanı verib. 19 yaşlı müdafiəçi "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri görüşün 71-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Səbail"in oyunçusu Ruslan Hacıyev isə “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza ilə üzləşib. Bu hadisələrə görə paytaxt klubu 200 manat, əyalət təmsilçisi 1 600 manat cərimələnib.

Qarşılaşmadan əvvəl yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etməyib. Bu isə "Qəbələ"yə əlavə 400 manat cərimə bahasına başa gəlib.

Son xəbərlər

Orphus sistemi