"Qəbələ" və "Neftçi" klubları cərimələnib

"Qəbələ" və "Neftçi" klubları cərimələnib İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turunda baş verən hadisələrə hüquqi qiymət verib.
Futbol
13 May , 2022 15:19
Qəbələ və Neftçi klubları cərimələnib

AFFA İntizam Komitəsi "Qəbələ" və "Neftçi" klublarını cərimələyib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna iki komanda arasında Qəbələdə baş tutan XXVI tur matçında azarkeşlərin davranışları səbəb olub.

Hər iki tərəfin fanatları kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün klublarını ayrı-ayrılıqda 4 000 manat ziyana salıblar. Bundan başqa, qonaq komandanın azarkeşləri meydana pirotexniki vasitə atdıqları üçün paytaxt təmsilçisi daha 1 600 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi