AFFA iki oyunçuya göstərilmiş sarı vərəqəni ləğv edib

AFFA iki oyunçuya göstərilmiş sarı vərəqəni ləğv edib Bakı. 25 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi Keşlə və Nefçi klublarının futbolçularına göstərilən sarı vərəqələri ləğv edib.
Futbol
25 Aprel , 2018 13:12
AFFA iki oyunçuya göstərilmiş sarı vərəqəni ləğv edib

Bakı. 25 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Keşlə" və "Nefçi" klublarının futbolçularına göstərilən sarı vərəqələri ləğv edib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Keşlə"nin qapıçısı Orxan Sadıqlı və "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudovun cəzaları videotəkrara baxıldıqdan sonra silinib. 

Sadıqlı "Zirə" ilə Azərbaycan Premyer Liqasının XXIV tur matçının 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalandırılıb. Emin Mahmudov isə "Qəbələ" ilə qarşılaşmanın 63-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. 

Bununla belə, "Neftçi"yə "Qəbələ" ilə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşünün 90+3-cü dəqiqəsində azarkeşlərinin meydana kənar əşyalar atması səbəbindən 1600 manat cərimə kəsilib. “Qəbələ” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi