AFFA İcraiyyə Komitəsinin üzvü: "Regionsuz futbol mümkün deyil"

AFFA İcraiyyə Komitəsinin üzvü: "Regionsuz futbol mümkün deyil" “Regiondakı klubların rəhbərləri ilə öncədən görüşmüşəm. Mənim işim bu yöndə icra başçıları ilə görüş keçirməkdən ibarət idi”.
Futbol
6 May , 2022 12:20
AFFA İcraiyyə Komitəsinin üzvü: Regionsuz futbol mümkün deyil
İsgəndər Cavadov

“Regiondakı klubların rəhbərləri ilə öncədən görüşmüşəm. Mənim işim bu yöndə icra başçıları ilə görüş keçirməkdən ibarət idi”.

Bunu "Report"a açıqlamasında Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov deyib.

AFFA İcraiyyə Komitəsinin üzvü regionlarda futbolun hazırkı durumundan danışıb: “Regionlarda yeni komandalar yaratdıq. İcra başçıları da bu ideyanı dəstəkləyir. Ancaq onlarda da komandaları saxlamaq üçün maliyyə baxımdan problem var. Yerli iş adamları da bu işə qoşulmur. AFFA prezidenti Rövnəq Abdullayevə bu barədə məlumat verdim. Hansısa iş adamı AFFA-ya müraciət etmək üçün 500 min manatlıq bank təminatı göstərməlidir ki, camaat onun pulunun olub-olmadığını bilsin".

Eyni zamanda Gəncə futbolunun kuratoru olan İsgəndər Cavadov “Kəpəz”in Premyer Liqaya qəbul olunmasının futbolun inkişafına böyük təkan verəcəyini vurğulayıb: “Hələ 5 il əvvəl AFFA İcraiyyə Komitəsində məsələ qaldırdım ki, Gəncədə futbol olmalıdır. O vaxt “Neftçi”nin heyətinin yarısı gəncəlilər olub. Orada böyük futbol məktəbi var idi. Gəncədə həmişə futbolçular yetişir. Orada aeroport, avtovağzal, bir sözlə, infrastruktur var. Hər şeydən əvvəl azarkeşləri də güclüdür, oyunlarına 15-20 min adam gəlir. Gəncə futbolu sevən şəhərdir. Regionsuz futbol mümkün deyil. Rəhbərlik də bunun üstünə düşüb”.

Son xəbərlər

Orphus sistemi