AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.
Futbol
12 Sentyabr , 2024 11:04
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı bəlli olub.

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Toplantı sentyabrın 13-də AFFA-nın inzibati binasında gerçəkləşəcək.

Saat 15:00-da başlayacaq iclasın gündəliyinə bir sıra məsələlər daxildir:

1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi

2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat

3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Qadın Liqaların 2024/2025 mövsümü üçün təkliflərin müzakirəsi

8. Digər məsələlər

Son xəbərlər

Orphus sistemi