AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisinə xəbərdarlıq edib Buna səbəb gənc mütəxəssisin baş hakimə sərt etirazıdır
Futbol
13 Sentyabr , 2017 14:20
AFFA İntizam Komitəsi Zirənin baş məşqçisinə xəbərdarlıq edib

Bakı. 13 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Zirə" komandasının baş məşqçisi Ayxan Abbasova xəbərdarlıq edib. 

"Report"un məlumatına görə, buna səbəb gənc mütəxəssisin "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının IV tur matçının 90+1-ci dəqiqəsində baş hakim Ömər Paşayevə sərt formada etirazı olub. 

Abbasov "Zirə"nin qapısına penalti təyin olunduğu epizoddan sonra narazılığını bildirib. Sonradan o, penaltiyə görə yox, vaxtın 5 dəqiqə uzadılması ilə əlaqədar belə hərəkətə yol verdiyini açıqlayıb. 

İntizam Komitəsi bu hal yenidən baş verəcəyi təqdirdə, Abbasovun cəzalanacağını bəyan edib.

Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçında qalib müəyyənləşməyib. 

Son xəbərlər

Orphus sistemi