AFFA İntizam Komitəsi "Sabah" və "Səbail" klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi "Sabah" və "Səbail" klublarını cəzalandırıb Bakı. 26 fevral. REPORT.AZ/ Sabah klubunun futbolçusu Erik Ramos 1 oyunluq cəzalandırılıb.
Futbol
26 Fevral , 2019 13:13
AFFA İntizam Komitəsi Sabah və Səbail klublarını cəzalandırıb

Bakı. 26 fevral. REPORT.AZ/ "Sabah" klubunun futbolçusu Erik Ramos 1 oyunluq cəzalandırılıb. 

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi paraqvaylı yarımmüdafiəçinin evdə "Qarabağ"la keçirdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçında ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilib. Ramos növbəti turda keçmiş komandası "Neftçi"yə qarşı forma geyinməyəcək. Klub isə 200 manat ziyana düşüb. "Sabah"a daha 800 manat cərimə elə həmin qarşılaşmada 6 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib. 

Eyni məbləğdə cəriməyə "Səbail" klubu "Neftçi" ilə səfər qarşılaşmasında 6 futbolçusunun sarı vərəqə alması səbəbindən məruz qalıb. 

Qeyd edək ki, "Sabah" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib, "Səbail" isə "Neftçi"yə qalib gəlib - 2:1. 

Son xəbərlər

Orphus sistemi