AFFA İntizam Komitəsi mövsümün son cəzalarını açıqlayıb

AFFA İntizam Komitəsi mövsümün son cəzalarını açıqlayıb "Qəbələ" və "Keşlə" klubları cərimələnib
Futbol
30 May , 2018 12:15
AFFA İntizam Komitəsi mövsümün son cəzalarını açıqlayıb

Bakı. 30 may. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında 2018-2019 mövsümünün son oyunu olan Azərbaycan Kubokunun final matçında baş verənlərə baxılıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də üz-üzə gəlmiş "Keşlə" və "Qəbələ" klubları cəzalara məruz qalıb. Paytaxt təmsilçisi 5 futbolçusunun sarı vərəqə alması üzündən 800 manat cərimələnib. 

88-ci dəqiqədə “Qəbələ”nin futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Kluba daha 800 manat cərimə azarkeşlərinin 55-ci dəqiqədə pirotexniki vasitələrdən yararlanmaları, 1600 manat cərimə isə 90+3-cü dəqiqədə isə meydana kənar əşyalar atmaları səbəbindən kəsilib. 

Qeyd edək ki, oyun "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi