AFFA İntizam Komitəsi “A” buraxılışına və xərək daşıyan uşaqlara görə klubları cərimələyib

AFFA İntizam Komitəsi “A” buraxılışına və xərək daşıyan uşaqlara görə klubları cərimələyib AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Qarabağ Lökbatan” və “Kəpəz” klubunu 80 manat cərimələyib.
Futbol
28 Avqust , 2019 13:58
AFFA İntizam Komitəsi “A” buraxılışına və xərək daşıyan uşaqlara görə klubları cərimələyib

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Qarabağ Lökbatan” və “Kəpəz” klubunu 80 manat cərimələyib.

“Report” xəbər verir ki, buna səbəb hər iki klubun rəsmi şəxslərinin I turda müvafiq olaraq “Sumqayıt-2” və MOİK-lə matçlarda “A” buraxılışından istifadə etməməsidir.

“Qaradağ Lökbatan” oyunun protokolunu vaxtında tərtib etmədiyinə görə əlavə 80 manat da ziyana düşüb. “Sabah-2” klubu nümayəndəsinin “Zaqatala”oyunöncəsi iclasda iştirak etməməsinə görə 80 manat cərimə ödəyəcək.

“Zirə-2” – “Ağsu” görüşündə oyunöncəsi iclasda təcili tibbi yardımın nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi 40 manat cərimə olunub. “Səbail-2” – “Turan Tovuz” matçında xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına (minumum 18 yaş) görə meydan sahibi 80 manat cərimələnib. 

Orphus sistemi