AFFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycanla Kosovonun eyni qrupa düşməsi böyük müzakirə obyektinə çevrilə bilər"

AFFA İcraiyyə Komitəsinin üzvü: "Azərbaycanla Kosovonun eyni qrupa düşməsi böyük müzakirə obyektinə çevrilə bilər" Vaqif Sadıqov: "Artıq mərhələdən-mərhələyə daha böyük uğura imza atmağın məqamı yetişib"
Futbol
26 Yanvar , 2017 12:56
AFFA İcraiyyə Komitəsinin üzvü: Azərbaycanla Kosovonun eyni qrupa düşməsi böyük müzakirə obyektinə çevrilə bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin sədri və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini dəyərləndirib. V.Sadıqov "Report"a açıqlamasında Yaşar Vahabzadənin baş məşqçi olduğu komandaya püşkatma nəticəsində rəqib olan yığmalar arasında Almaniyanı favorit kimi gördüyünü bildirib. 

Bununla belə, tanınmış mütəxəssis Azərbaycan millisinin normal qrupa düşdüyünü bildirib: "Qrupumuzda Norveç, İrlandiya, İsrail və Kosovo da yer alıb. Hesab edirəm ki, bütün rəqiblərə qarşı oynamaq olar. Bunun üçün millimizə hər cür şərait yaradılıb. Yaşar Vahabzadə uzun müddətdir ki, bu komandada çalışır. Ötən seçmə tsikldə komandamız tarixi ərzində ən çox xal toplamağa müvəffəq oldu. Artıq mərhələdən-mərhələyə daha böyük uğura imza atmağın məqamı yetişib". 

V.Sadıqov Azərbaycanın müstəqil dövlət kimi tanımadığı Kosovo ilə eyni qrupa düşməsinə də münasibətini açıqlayıb: "Bu, böyük müzakirə obyektinə çevrilə bilər. Amma inanıram ki, məsələyə dair ən doğru qərar qəbul ediləcək". 

Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinə martın 20-də start veriləcək. 

Son xəbərlər

Orphus sistemi