Bakı. 6 dekabr. REPORT.AZ/ Dekabrın 8-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
"Report"un məlumatına görə, saat 11:00-da başlayacaq iclasda Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr müzakirə olunacaq.
Bundan başqa, aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiya, klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələləri müzakirə olunacaq, Hakimlər Komitəsinin tərkibi təsdiqlənəcək.
İclasda digər məsələlərə dair fikir mübadiləsi də aparılacaq.