AFFA İcraiyyə Komitəsi 11 qərar qəbul edib

AFFA İcraiyyə Komitəsi 11 qərar qəbul edib Hakimlər Komitəsinin yeni tərkibi təsdiqlənib
Futbol
15 Mart , 2017 17:00
AFFA İcraiyyə Komitəsi 11 qərar qəbul edib
affa.az

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün "Boulevar Hotel"də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, aparılmış müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.

1. Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunması İntizam Komitəsinə tövsiyə olunsun

2. Vüqar Məmməd U-15 və U-16 Azərbaycan yığmalarının baş məşqçisi təyin olunsun

3. Mirbağır İsayev U-17 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

4. Təbriz Həsənov U-19 Azərbaycan yığmasının baş məşqçisi təyin olunsun

5. Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsi Nilson Dos Santos Machadoya (Biro Jade) həvalə olunsun

6. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək U-23 Azərbaycan yığmasının (1994-95-ci il təvəllüdlü) baş məşqçisi vəzifəsi Yaşar Vahabzadəyə həvalə olunsun

7. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- Səməd Qurbanov

- Asəf Namazov

- Rafiq Mirzəyev

- Abdulla Məmmədov

- Məzahir Süleymanzadə

- Rafiq Quliyev

- Rafiq Yusubov

8. Hakimlər Komitəsinin tərkibi aşağıdakı şəkildə təsdiqlənsin:

- Futzal və Çimərlik futbolu üzrə komissiya: Elçin Səmədli

- Hakimlərin fiziki hazırlığı üzrə komissiya: Namiq Quliyev

- Metodiki-Tədris Komissiyası: Ceyhun Haşımov

- Təyinat Komissiyası: Kərim Ağayev

- Məsul katib: Nizami Şərifov

9. Hakim-İnspektorlar Komitəsinin üzvü Bəşir Əliyev komitə üzvlüyündən xaric olunsun. Şahin Cəfərov Hakim-İnspektorlar Komitəsinin üzvü təyin olunsun

10. AFFA-nın yanında Media Komitəsinin fəaliyyət müddəti uzadılsın

11. İclasda “İnter” PİK-in AFFA-nın müvəqqəti idarəçiliyinə götürülməsi ilə bağlı baş katibliyin hesabatı dinlənilib.

Son xəbərlər

Orphus sistemi