AFFA Hakimlər Komitəsinin sədri gələn mövsüm də Azərbaycanda qalacaq

AFFA Hakimlər Komitəsinin sədri gələn mövsüm də Azərbaycanda qalacaq AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik gələn mövsüm də Azərbaycanda fəaliyyətini davam etdirəcək.
Futbol
4 Mart , 2020 15:51
AFFA Hakimlər Komitəsinin sədri gələn mövsüm də Azərbaycanda qalacaq
Frits Ştuxlik / Report / Sultana Ahmadbayli

AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik gələn mövsüm də Azərbaycanda fəaliyyətini davam etdirəcək.

Bu barədə "Report"a avstriyalı funksionerin özü məlumat verib. İkinci mövsümdür Azərbaycanda çalışan Ştuxlik bildirib ki, milli assosiasiya ilə müqaviləsinin cari mövsümün sonunda başa çatacağına dair iddialar həqiqətə uyğun deyil: "Biz müqavilənin detalları barədə ictimaiyyətə açıqlama verməmişik. Ona görə də belə iddialara şərh vermək istəmirəm. Maraqlıdır, müqavilənin 2 illik olmasını nə AFFA, nə də mən demişəm. İndiki məqamda onu deyə bilərəm ki, böyük ehtimalla Azərbaycanda qalacağam".

Komitə sədri aylıq məvacibinizin 20 min avro olduğuna dair xəbərləri də təkzib edib: "Xeyr, bu, belə deyil".

Qeyd edək ki, Frits Ştuxlik hazırkı vəzifədə 2018-ci il sentyabrın 14-dən çalışır. 

Son xəbərlər

Orphus sistemi