AFFA futbol akademiyasında təmirlə bağlı tender elan etdi

AFFA futbol akademiyasında təmirlə bağlı tender elan etdi AFFA Futbol Akademiyasının binasında təmir işlərinin aparılması ilə bağlı tender elan edib.
Futbol
6 Yanvar , 2021 17:00
AFFA futbol akademiyasında təmirlə bağlı tender elan etdi

AFFA Futbol Akademiyasının binasında təmir işlərinin aparılması ilə bağlı tender elan edib.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlər “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməlidir. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

İştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

Tender 4 həftə davam edəcək və fevralın 4-də başa çatacaq. Müqavilə bağlandıqdan 2 ay sonra təmir işləri yekunlaşmalıdır. Məbləğin 50 faizi işlər başlandıqdan 30 təqvim günü sonra, 50 faizi isə işlər tam təhvil verildikdən sonra alınacaq.

Son xəbərlər

Orphus sistemi