AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib Qurum başsağlığı mətni yayıb
Futbol
169
17 İyun , 2017 10:52
AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qurumun ilk prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib. 

"Report"un məlumatına görə, başsağlığı mətni milli assosiasiyanın rəsmi saytında yerləşdirilib. 

Mətndə deyilir: "AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, ötən gün Rusiyanın paytaxtı Moskvada 79 yaşında ikən vəfat edib. 

Son xəbərlər

Orphus sistemi