Bakı. 14 dekabr. REPORT.AZ/ UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir. "Report"un məlumatına görə, AFFA İntizam Komitəsi danışılmış oyunlarda adları hallananların siyahısında dəyişikliklər edib.
Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən iki şəxs araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:
Şahdağ (Qusar): Uce Cukunyere
Energetik (Mingəçevir): Ruslan Həmidov
9 nəfər barəsində AFFA-nın İntizam Komitəsinin 22 noyabr tarixli qərarı araşdırma başa çatana qədər qüvvəsində qalıb:
Şahdağ (Qusar): İqrar Səmədov, Rafael Kübərov (İnzibatçı)
Rəvan (Bakı): Elvin Əliyev, Cəmşid Məhərrəmov
Göyəzən (Qazax): Arzuman Vəliyev, Tunar Şahtaxtinski
Energetik (Mingəçevir): Elvin Əlizadə, Kamran Lalayev
Hakim: Anar Niyazov
Əvəzində daha 15 futbolçu barəsində İntizam Komitəsinin 22 noyabr tarixli qərarı qüvvədən düşmüş sayılıb:
Şahdağ (Qusar): Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov, Faik Ağakərimov
Rəvan (Bakı): Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi, Fərid Quliyev,
Bakılı (Bakı): Bəhram Bəhramzadə, Xəzər Qəribov
Göyəzən (Qazax): Orxan Əsgərov
Energetik (Mingəçevir): Orxan Əlibalayev
Şərurspor (Bakı): Mehdi Rəsulov, Samir Musayev
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.