AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib Növbəti mövsümü əhatə edəcək qaydalardakı yenilik və dəyişikliklərlə bağlı ətraflı məlumat verilib
Futbol
10 İyun , 2015 17:00
AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ AFFA-nın inzibati binasında 2015-2016-cı il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov iştirakçılara lisenziyalaşdırma mövsümünün yekunları, statistik göstəricilər və növbəti mövsümü əhatə edəcək qaydalarda baş verəcək yenilik və dəyişikliklərlə bağlı ətraflı məlumat verib.

Sonda klub nümayəndələri lisenziyalarla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi